Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti AÇIQLANDI

Cəmiyyət




“Tanınmış aparıcı Aytən Səfərovanın hazırda Kliniki Tibbi Mərkəzdə zəruri müayinə və müalicəsi davam etdirilir”.

Bununla bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd olunub ki, qabırğada yerdəyişməyən sınıq və kəllə-beyin travması diaqnozu ilə Mərkəzin Neyrocərrahiyə şöbəsinə yerləşdirilən A.Səfərovanın vəziyyəti orta ağır, stabil olaraq qalır.

Xatırladaq ki, A.Səfərova aprelin 17-də səhər saatlarında ağır qəzaya düşüb. Hadisə zamanı daha bir nəfər xəsarət alıb, bir nəfər isə həyatını itirib.

Əzizə İsmayılova

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir