“Neftçi” 2024/2025 mövsümünün əvvəlində yeni təlim-məşq bazasına köçəcək

Cəmiyyət




“Neftçi” klubu 2024/2025 mövsümünün əvvəlində yeni təlim-məşq bazasına köçəcək.

“Report”un məlumatına görə, bunu “ağ-qaralar”ın idman direktoru Yens Andersson mətbuat konfransında deyib.

İsveçli funksioner hazırda idman qurğusunda işlərin sürətlə davam etdiyini bildirib:

“İşçilər indi də çalışırlar. Orada top-komanda üçün gündəlik əməliyyatlarda lazım olan hər cür şərait olacaq. Bazaya böyük investisiya qoymaq cəsarət tələb edir. Məncə, bina həddindən artıq böyükdür. Bizə hələlik üç mərtəbəsi lazımdır. Bu isə qısa zamanda həll ediləcək”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir