Şoran torpaqların əkin üçün yararlı hala salınması COP29 çərçivəsində önəmli addım olacaq

Cəmiyyət




Azərbaycanda şoran torpaqların əkin üçün yararlı hala salınması COP29 çərçivəsində önəmli addım olacaq.

“Report” xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə “AZCHEMCO” şirkəti arasında memorandumun imzalanma mərasimində bildirilib.

Memorandum şoran torpaqların əkin üçün yararlı hala salınması prosesinə başlanılması ilə bağlı imzalanıb.

Tədbirdə çıxış edən nazirliyin Ekoloji Siyasət şöbəsinin müdiri Faiq Mütəllimov qeyd edib ki, həyata keçiriləcək birgə layihənin məqsədi şoranlaşmış torpaqların yararlı hala gətirilməsi, məhsuldarlığın təmin edilməsidir:

“Nazirliyin müvafiq qurumlarının nəzarəti ilə xüsusi maddələr istifadə olunmaqla şoran torpaqlar əkin-biçin üçün yararlı vəziyyətə gətiriləcək. Layihənin uğurlu olması bu təcrübənin artıq geniş tətbiqinə nail ola bilərik”.

Layihəni təqdim edən “AZCHEMCO” MMC-nin direktoru Ruslan Akçurin bildirib ki, dünyada 424 milyon hektar torpağın üst qatı – təxmini 30 santimetrə qədərki qalınlıqda hissəsi şorandır:

“Qrunt suları torpağı duzlarla çirkləndirdiyinə görə şoranlaşır və bu, kənd təsərrüfatına yararlı torpaqlara da təsir göstərir. Həyata keçirəcəyimiz layihə çərçivəsində xüsusi hazırlanan məhlul sayəsində torpaqların şoranlığı alınır, orada əkin üçün şərait yaradılır. Sonradan xüsusi gübrələr vurularaq, həmin torpağın məhsuldarlığı artırılacaq. Uğurlu nəticə əldə olunacağı təqdirdə həmin torpaqlar uzun müddət əkin-biçin üçün istifadə ediləcək. Sözügedən proses tamamilə sağlam və zərərsiz şəkildə həyata keçirilir. Bu layihənin COP29 çərçivəsində də önəmli addım olacağına inanırıq”.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir