“Oğuz rayonunun Yenikənd kəndinin yol problemi həll olunub”.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Oğuz Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, sözügedən yolda yaranan problem yağış suları nəticəsində meydana çıxmışdı. Hazırda yolda yaranan çalalar qum və çınqıl tökülməklə aradan qaldırılıb. Yaxın vaxtlarda kəndə asfalt örtüyünün çəkilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, bir müddət əvvəl Yenikənd sakinləri kəndin yollarının yararsız vəziyyətə düşməsi ilə bağlı mediaya şikayət ünvanlamışdılar.
Video və şəkilləri təqdim edirik:
Əzizə İsmayılova
www.102info.az