Xaçmazda intihar hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə rayonun Rəhimoba kəndində qeydə alınıb.
28 yaşlı R.Balakişiyev bağ sahəsində talvardan özünü asaraq, həyatına son qoyub.
Onun meyitini ailə üzvləri aşkar ediblər.
Məlum olub ki, R.Balakişiyevin müxtəlif şəxslərə külli miqdarda borcu olub. Onun məhz bu borclara görə özünü öldürdüyü ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır. İntiharın dəqiq səbəbi araşdırma nəticəsində bilinəcək.
www.102info.az