Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti ləğv edilib

Cəmiyyət




Bakı-Ağstafa-Bakı sürət elektrik qatarlarının keçdiyi Tovuz stansiyasında təmir-yenidənqurma işləri aparıldığından həmin dayanacaq müvəqqəti ləğv edilib.

Bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-dən Oxu.Az-a məlumat verilib.

Məlumata görə, hazırda qatarlara Biləcəri, Yevlax, Goran, Gəncə, Dəllər, Qovlar və Ağstafa stansiyalarında dayanacaq verilir. Təmir işləri bitdikdən sonra bu barədə ictimaiyyətə məlumat veriləcək və Tovuz stansiyası yenidən sərnişinləri qəbul edəcək.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir