Bu il qəbul imtahanlarında gərgin rəqabət olacaq – Ekspertlərdən PROQNOZLAR + VİDEO

Cəmiyyət




Ali məktəblərə qəbulda bəzi ixtisas qruplarında gərgin rəqabətin olacağı gözlənilir.

Xezerxeber.az-ın məlumatına görə, indiyədək qəbul imtahanının 2-ci mərhələsinin 1-ci cəhdində iştirak etmək üçün 50 minə yaxın abituriyent qeydiyyatdan keçib.

Belə ki, I ixtisas qrupu üzrə müraciət edənlərin sayı 16 min 135 nəfərdən çoxdur. II ixtisas qrupu üzrə 14 min 650 nəfər, III qrup üzrə 14 min 330 nəfər, IV qrup üzrə isə 3 min 820 nəfər qeydiyyatdan keçib.

Təhsil eksperti Kamran Əsədov deyir ki, bu il ali təhsil müəssisələrinə qəbul olmaq istəyənlərin sayı kifayət qədər çoxdur.

Onun sözlərinə görə, müəyyən ixtisaslarda seçim zamanı rəqabətin artacağı proqnozlaşdırılır.

Qeyd edək ki, qəbul imtahanlarına qeydiyyat mayın 6-dək davam edəcək.

Ətraflı süjetdə:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir