Azərbaycan millisinin sabiq futbolçusu Vadim Vasilyevin son durumu bəlli olub.
51 yaşlı keçmiş hücumçu bu barədə “Report”a açıqlama verib.
Vasilyev müalicəsini davam etdirdiyini bildirib: “Mənim üçün həkim təyin ediblər. Yazılan dərmanları qəbul edirəm. Bir həftədən sonra fizioterapiya başlayacaq. İndi xəstəxanadan çıxmışam, evə gedirəm. Hər gün mütəmadi olaraq buraya gəlirəm və bəzi prosedurları keçirəm. Əsas odur ki, gəzə bilirəm”.
Yığmanın sabiq üzvü müalicəsini öz üzərinə götürən Heydər Əliyev Fonduna da təşəkkür edib: “Azərbaycan futbolunun, “Neftçi”nin azarkeşlərinə minnətdaram. AFFA da mənə çox yardım edib. Onlara da təşəkkürümü çatdırıram”.
Qeyd edək ki, Vadim Vasilyev 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub. O, daha əvvəl insult keçirdiyi üçün xəstəxanaya yerləşdirilmişdi.
www.102info.az