Yevlaxda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə rayonun Nəmərli kəndində qeydə alınıb.
Tərtər rayon sakini, 1991-ci il təvəllüdlü Habil İsmayılov “Toyota Land Crusier” markalı minik avtomibilini aşırıb.
Qəza nəticəsində sürücü aldığı xəsarətlərdən ölüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı faktı təsdiqləyib.
Bildirib ki, faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.
www.102info.az