Bakının bəzi küçələrində salınan velosiped yollarında quraşdırılan baryerlərə ziyan vurulur.
Oxu.Az xəbər verir ki, artıq bir neçə müddətdir ki, şəhərin müxtəlif küçələrində velosiped zolaqlarının kənarına düzülən bu baryerlərin yerindən çıxarıldığı və bəzi yerlərdə hətta kənara atıldığı müşahidə olunur.
Bəs onların sıradan çıxarılmasına səbəb nədir?
İddia olunur ki, bəzi vətəndaşlar velosiped zolağında avtomobil park etmək üçün həmin baryerləri yerindən çıxarırlar. Digər iddia isə ondan ibarətdir ki, həmin baryerlər asfalta lazımi qaydada bərkidilmədiyi üçün avtomobil təkəri dəyən kimi yerindən çıxır.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.
Fotoları təqdim edirik:
Əzizə İsmayılova
www.102info.az