Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü, şair-publisist Namiq Hacıheydərli vəfat edib.
Bu barədə onun yaxınları sosial şəbəkədə paylaşım edib.
Bildirilib ki, bu gün səhər saatlarında qəfil komaya düşdüyünə görə xəstəxanaya yerləşdirilən şairin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Namiq Hacıheydərli “Ey türk doğulan”, “Muğanın səsi” kitablarının müəllifidir.
www.102info.az