İki yaşlı Asimin dəstəyə ehtiyacı var: Ağır yanıq xəsarətləri alıb – FOTO

Cəmiyyət




İki yaşlı Asimin dəstəyə ehtiyacı var.

Bu barədə Oxu.Az-a onun anası Aynur Əzizova məlumat verib.

O bildirib ki, övladı evdə bədbəxlikdən ağır yanıq xəsarətləri alıb.

“Asimin iki yaşı var. Aprelin 14-ü evdə qaçarkən stola dəydi, stolun üzərindəki çaydan onun üzərinə aşdı. Həmin gün biz onu xəstəxanaya apardıq. Vəziyyəti ağır olduğu üçün bizi Bakıda yerləşən xəstəxanalardan birinə yolladılar”.

Gənc ana övladının müalicəsi üçün dəstəyə ehtiyacları olduqlarını deyib.

“Biz İmişli rayonunda yaşayırıq. İnanın, özümüzü güclə dolandırırdıq, indi də uşağın vəziyyəti belədir. Nə dərman, nə maz almağa imkanımız var. Hazırda ona yazılan mazları və dərmanları almaq üçün 700 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmaqlarını xahiş edirəm. Övladımı belə əziyyətli ağrılar içində qoymayın, sizə yalvarıram”.

Ailə ilə əlaqə: (099) 757-59-50

Kapital Bank: 4169 7388 0805 8329.

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir