Abşeron rayonu, Masazır qəsəbəsində yaşayan bir nəfər Abşeron Rayon Polis İdarəsinə müraciət edərək əmisi oğlunun hədiyyə etdiyi sənədləri olmayan ov tüfəngini könüllü təhvil vermək istədiyini bildirib.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, vətəndaşa nümunəvi hərəkətinə görə təşəkkür edilib.
Abşeron RPİ əməkdaşları tərəfindən bu istiqamətdə profilaktik tədbirlər davam etdirilir.
www.102info.az