Göyçayda məişət tullantıları ilə çirklənən çay yatağı təmizlənir – RƏSMİ AÇIQLAMA – YENİLƏNİB + VİDEO

Cəmiyyət




“Göyçay rayonunda yağan leysan yağışlar nəticəsində Qarabaqqal kəndində yerləşən tullantı poliqonundakı zibillərin sel vasitəsilə çaya gətirilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərlə əlaqədar aidiyyəti quruma məlumat verilib”.

Bunu Oxu.Az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Akif Məmmədov deyib.

O bildirib ki, hazırda çay tullantıların idarə olunmasına cavabdeh qurum olan Göyçay rayon Kommunal Təsərrüfat Birliyinin işçiləri tərəfindən ərazidə təmizlik işləri aparılır.

13:05

“13 may 2024-cü il tarixdə Göyçay rayonu ərazisində yağan güclü yağış nəticəsində rayonun Qarabaqqal kəndinin dağlıq ərazisindəki məişət tullantıları poliqonunu sel suları basıb”.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Göyçay Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, sel sularının zibil poliqonunu basması nəticəsində oradakı məişət tullantıları Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayonun Qarabaqqal kəndinin ərazisinin keçən hissəsində toplanıb:

“Hazırda rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri ilə birlikdə əraziyə texnika cəlb edilərək müvafiq tədbirlər görülür”.

10:36

Son günlər ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur.

Oxu.Az xəbər verir ki, ötən gün Göyçay rayonunda çaydan sel keçib.

Nəticədə çay yatağını zibil və məişət tullantıları tutub.

Həmin görüntüləri təqdim edirik: 

Könül Cəfərli

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir