Bakıda itkin düşən 11 yaşlı uşaq tapılıb – YENİLƏNİB

Cəmiyyət




Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park” yaşayış kompleksindən çıxaraq itkin düşən uşaq tapılaraq ailəsinə təhvil verilib.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, 2013-cü il təvəllüdlü M.Kərimov hüquq-mühafizə orqanları tərəfindən Binəqədi rayonu istiqamətində tapılaraq ailəsinə təhvil verilib.

10:50

Bakıda 11 yaşlı uşaq itkin düşüb.

Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, 2013-cü il təvəllüdlü M.Kərimov yaşadığı Qaradağ rayon, “Qobu Park” yaşayış kompleksindən çıxaraq bir daha geri qayıtmayıb.

Hazırda polis əməkdaşları tərəfindən onun tapılması istiqamətində addımlar atılır.

Almaz Qasımova

www.102info.az

Spread the love