Yevlaxda dəmiryolu stansiyasında yeniyetməni qatar vurub.
Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, hərəkətdə olan Ağstafa-Bakı sərnişin qatarı Yevlax stansiyasına yaxınlaşan zaman 2011-ci il təvəllüdlü Ö.Əlizadəni vurub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı Oxu.Az-a bildirib ki, qəzadan sonra uşaq dərhal xəstəxanaya çatdırılıb. Tibbi müdaxilə olunub, həyati təhlükəsi yoxdur.
Hazırda faktla bağlı Yevlax Xətt Polis Şöbəsində araşdırma aparılır.
Almaz Qasımova
www.102info.az