Sumqayıt şəhərində bir nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 9-cu mikrorayonunda Zülfi Hacıyev küçəsində qeydə alınıb.
“Lada Priora” markalı avtomobilin vurduğu velosipedçi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
www.102info.az