Qadınlar niyə boşanmağa can atırlar? – VİDEO

Cəmiyyət




Azərbaycanda boşanmaq istəyənlərin 70 faizi qadınlardır. 

Xezerxeber.az-ın məlumatına görə, kimisi zorakılığa məruz qaldığından, kimisi psixososial durumdan, kimisi isə kənar müdaxilələrdən çıxış yolunu boşanmaqda görür.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk üç ayı ərzində 10 081 nikah, 5 124 boşanma qeydə alınıb. 2023-cu ilin eyni dövründə isə 11 870 nikah, 5 118 boşanma olub. Statistik rəqəmlərə baxanda aydın görünür ki, nikahı qeydə alınanların sayı təxminən 15 faiz azalıb. 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov bildirib ki, boşanmaq istəyən hər 10 nəfərdən yeddisi xanımdır. 

R.Mahmudovun sözlərinə görə, mübahisəli boşanmaların sayı daha çoxdur. Mütəxəssis bildirib ki, kənar müdaxilələr anlayışlı boşanmanı mürəkkəbləşdirir.

Komitə rəsmisi son illər şiddətə məruz qalan kişilərin də sayının artmasına diqqət çəkib.

Baş məsləhətçi hesab edir ki, hazırda Azərbaycanda psixoloji xidmətin gücləndirilməsinə böyük ehtiyac var. Azərbaycanda ailə psixoloqu məsələsinin institusional səviyyədə həll olunmasının artıq vaxtı çatıb.

Ətraflı süjetdə:

www.102info.az

Spread the love
Avatar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir