Füzulidə avtomobil aşıb, sərnişin ağır xəsarət alıb

Cəmiyyət




Füzuli rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, sürücü avtomobil hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb.

Hadisə zamanı avtomobildə olan sərnişin 1992-ci il təvəllüdlü Xalid Razi oğlu Vəliyev xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməyi ilə Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

www.102info.az