Nərimanovda gənc oğlanı avtomobil vurub

Cəmiyyət




Bakının Nərimanov rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, avtomobil yolu keçən 2005-ci il təvəllüdlü Ağarza Çingiz oğlu Rzayevi vurub.

Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

www.102info.az