sözlə, özünü sanki öz evində hesab edirsə, bax o yer dostun evidir. Dostluq fədakarlıqdır, qayğıkeşlikdir, dostun rahat olmayınca sənin rahatlığın olmamalıdır. İndi, bu zamanda, çoxluğun dost anlayışını kiçik bir ortama aid etdiyi, dar bir çərçivəyə sığdırdığı, dostun yalnız ailə daxilində olmasının təlqin olunduğu bir vaxtda dost ola və dost qala bilmək əsl kişilikdir, mərdlikdir, fərqlilikdir, böyük şəxsi keyfiyyətlərə, dəyərə sahib olmaqdır!..
Bu yazımın qəhrəmanının adını əvvəllərdə ona görə çəkmədim ki, qoy oxucularımız bir az narahat olsunlar. Qəhrəmanım xanımdır, ad günü deyil, amma belə bir yazını niyə də ad gününə saxlamalıyam? Ad günündə hamı yazır onsuz da. Onunla dostluğumuz haradasa 20 ildir davam edir. Dildə bu rəqəm asan görünsə də, arxasında bir ağırlıq var. 2 saat müddəti olan indiki dostluqların mövcudluğu zamanında bu 20 il az müddət deyil.
Dost, dostun yüngül xətalarını, səhvlərini bağışlaya bilmirsə, dostluğu davam etdirmək çətin olur. Bizim də aramızda ani umu-küsülər olub, amma özümüz vasitəsiz həll etmişik. Mənə görə dostum sadəcə mənim dostumdur, heç bir əlavə şərhsiz, bəzək-düzəksiz, izahatsız!..
Atalar “hər şeyin təzəsi, dostun köhnəsi” deyib, amma bu köhnə o köhnə anlamına gəlməz, köhnəldikcə təzələnər, qəttəzə xanə açar ürəklərdə. Köhnə dost köhnə şərab kimidir, qaldıqca dadı-tamı da, keyfiyyəti və təsiri də yaxşılaşar. Dost qəlbi dənizdir, gəmilərin yön ala bildiyi tərsanədir.
Və, nəhayət, – dostu olmayan adam bu dünyada qəribdir, – deyib alman şairi Jozef Köhler…
Siz qərib olmayın!..
Xəbərin varmı heç, arxaya bax, bir ömür ötdü, təmənnasız DOSTUM!
Bu dost mənim bu gün də əminliklə üzümü üzünə, gözlərini gözlərinə dikəcəyim Raziyə xanım İmranqızıdır!..
Bu dost Cəmil müəllimin də, Şamo müəllimin də, Cahan xanımın da, Aynur xanımın da, Lalə xanımın da, Nicat qardaşımızın da, eləcə digər dostların ərk etdikləri, ərklə hər hansı işin müsbət həlli üçün müraciət etdikləri və həmin məsələnin yerinə yetirilməsinə can yandıran Raziyə xanım İmranqızıdır!
Bu dost bütün qələm əhlinin və tanınmış media işçilərinin yaxın yoldaşı, sirdaşı Raziyə xanım İmranqızıdır.
Bu dost öz nəsillərində ad-san qazanmış, özünün xeyirxahlığı, nəcib və savab işləri, əməlləri ilə sağlığında böyük nüfuz sahibi olmuş İmran KİŞİnin qızı Raziyə xanımdır.
Ucadan uca olasan, əziz dost!
Həmişə xoş soraqlarını, nəcib əməllərinin sədalarını eşidək, əziz dost!
Həmişə bir-birimizin ətrafında olaq, əziz dost!
Daşdəmir ƏJDƏROĞLU





























