Bakıda ağacın dibi betondan təmizlənib – FOTO

Cəmiyyət Gündəm

Bakının Nərimanov rayonu, Əlicabbar Orucəliyev küçəsi, 11 ünvanında ağacın dibinin betonlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) daxil olan məlumat yerində araşdırılıb.

ETSN-in Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov bildirib ki, araşdırma zamanı sözügedən ünvanda tikinti işləri aparan “İNV” MTK tərəfindən ağacın dibinin betondan təmizləndiyi və suvarıldığı müəyyən edilib.

Ərazidəki ağaclara aqrotexniki qulluq göstərilməsi məqsədilə MTK-ya icrası icbari olan “məcburi göstəriş” verilib:

“Sahibkarlara, tikinti şirkətlərinin nümayəndələrinə müraciət edirik ki, tikinti və abadlıq işləri aparılan zaman yaşıllıq sahələrinə diqqət göstərsinlər, yaşıllıqların məhvinə yönələn addımlardan çəkinsinlər”.

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir