İyul ayının pensiya ödənişi yekunlaşdırılıb

Cəmiyyət

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində
Dövlət Sosial Müdafiə Fondu respublika üzrə iyul ayının pensiya
ödənişini yekunlaşdırıb.

Trend
xəbər verir ki, bu barədə Nazirlik məlumat yayıb.




Bildirilib ki, iyulun 11-də Bakı və Sumqayıt şəhərləri, Abşeron
rayonu və Naxçıvan MR-də, bu gün isə ölkəmizin bölgələrində yaşayan
şəxslərin iyul ayı üzrə pensiyaları, habelə güzəştli şərtlərlə
təyin edilmiş pensiyalar ödənilib.

Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq
bankların bankomatlarından əldə edə bilərlər.

Spread the love