
Bakı. Trend:
Sumqayıtda 2005-ci il təvəllüdlü şəxsin ölümü ilə bağlı
araşdırma başladılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun
Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 22-də Sumqayıt şəhəri, 10-cu mikrorayon
ərazisində tikinti işləri zamanı 2005-ci il təvəllüdlü Ariz
Ağayarovun torpaq uçqununun altında qalaraq ölməsi faktı ilə bağlı
Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon
xəttinə Sumqayıt şəhəri, 10-cu mikrorayonda torpaq uçqununun baş
verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə
məlumat daxil olub. Məlumatla əlaqədar Nazirliyin Sumqayıt Regional
Mərkəzinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb
olunublar.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, torpaq
uçqunu baş verib və 1 nəfər köməksiz vəziyyətdə qalıb.
Həyata keçirilən tədbirlər nəticəsində uçqun altında köməksiz
vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil
verilib.