Pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə nə qədər vəsait ödənilib?

Cəmiyyət

Bakı. Trend:

2025-ci ilin yanvar-iyun ayları ərzində pensiya, müavinət,
təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 4 736 000
manatdan çox vəsait ödənilib.

Bu barədə Trend-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat
verilib.




Bildirilib ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən təqribən
355 milyon manat və ya 8,11 % çoxdur.