
Bakı.Trend:
Cari ilin 18 iyul tarixinə azad edilmiş ərazilərdə məskunlaşmış
iqtisadi fəal əhalidən məşğulluğu təmin olunmuş şəxslərin sayı
ümumilikdə 4863 nəfər təşkil edib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Bildirilib ki, onlardan 3746 nəfər müvafiq qaydada işlə təmin
olunub, 350 nəfər isə özünüməşğulluq proqramına cəlb edilib,
digərləri fərdi qaydada özünüməşğul olanlardır.
Bunlardan əlavə, işğaldan azad edilmiş ərazilərdə 223 nəfər peşə
hazırlığına cəlb olunub, daha 638 nəfərin məşğulluğunun təmin
olunması ilə bağlı iş aparılır.
Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən işğaldan azad
olunan ərazilərə köçürülən sakinlərin aktiv məşğulluq proqramları
ilə əhatə olunması tədbirləri davam etdirilir.