
Bakı. Trend:
Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi
ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19)
infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım
göstərən tibb işçilərinin əməkhaqlarına verilən əlavənin müddəti
uzadılıb.
Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar
imzalayıb.
Qərara əsasən, əlavənin verilmə müddəti oktyabrın 1-dək
uzadılıb.
Qeyd edək ki, əvvəl bu müddət iyulun 1-dək nəzərdə
tutulmuşdu.

