
Bakı.Trend:
24 iyul saat 15:00-dan etibarən ali təhsil pilləsinin
magistratura səviyyəsinə sənəd qəbulu prosesinə start
veriləcək.
Trend xəbər
verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat yayıb.
Müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçməklə
“Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı”
xidmətini seçə bilərlər. Açılan səhifədə müvafiq qəbul xətti üzrə
şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb
olunan sənədlərin əlavə edilməsi mümkündür.
Qeyd edək ki, elektron sistem üzrə qeydiyyat 1 avqust saat
18:00-da yekunlaşacaq.

