BAMF tərəfindən yerli QHT-lər üçün keçirilən silsilə təlimlər başa çatıb (FOTO)

Cəmiyyət

Bakı. Trend:

İyulun 23-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF)
ofisində yerli QHT-lərin BMT-ə inteqrasiyasına dəstək məqsədilə
sonuncu – 12-ci təlim keçirilib.

Trend xəbər verir ki,
Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin dəstəyi ilə BAMF tərəfindən icra olunan “Azərbaycan
QHT-lərinin BMT-də təmsilçilik imkanlarının artırılmasına dəstək”
layihəsi çərçivəsində iyulun 1-dən etibarən keçirilən təlimlərdə
ümumilikdə 26 fərqli QHT-dən 30-dan çox nümayəndə iştirak edib.




BMT-nin İqtisadi və Sosial şurasında (ECOSOC) yerli QHT-lərin
təmsilçilik imkanlarının artırılmasına həsr olunan “BMT-də
akkreditasiya və tədbirlərdə iştirak” adlı son təlim BMT və onun
qurumları ilə çoxillik əməkdaşlıq təcrübəsinə sahib olan, sahə üzrə
beynəlxalq ekspert-təlimçi Nik Nvolisa tərəfindən keçirilib.
Həmçinin, təlimin gedişində bir neçə QHT-nin ECOSOC-un elektron
portalında qeydiyyatı tamamlanıb. Bundan əlavə layihənin davamında
seçilmiş QHT-lərin sözügedən statusu əldə etmələri üçün müraciət
prosesində də ECOSOC-da ən yüksək – Əsas məşvərətçi statusa sahib
olan BAMF tərəfindən dəstək göstəriləcək.

Xatırladaq ki, sözügedən layihə çərçivəsində BMT-nin müqavilə və
nizamnamə mexanizmlərinin öyrənilməsinə həsr olunan 6 dərslik ilk
təlim proqramı insan hüquqları üzrə təlimçi-ekspert Sahib Məmmədov
tərəfindən keçirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir