
Bakı. Trend:
Bakıda yeni avtobus parkının tikintisinə başlanılır.
Trend-in
məlumatına görə, avtobus parkı Xəzər rayonunun Buzovna qəsəbəsində
Albalılıq ərazisində tikiləcək.
Belə ki, “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) bununla
bağlı müvafiq işlərə yekun vurub.
MMC sözügedən işlərin icrasını “Bakıyaşayıştikinti” şirkətinə
həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 12 922 360 manat ödənilib.

