Yeddi sürücü barədə inzibati xəta haqqında protokol tərtib edilib – AYNA

Cəmiyyət

Bakı.Trend:

Avtomobil nəqliyyatı ilə sərnişin daşımalarına dair
daşıyıcıların qanunvericiliyin tələblərinə və qaydalara riayət
etmələrinə nəzarətin həyata keçirilməsi, eləcə də sürücülərin bu
sahədə maarifləndirilməsi məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat
Agentliyi (AYNA) və Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) birgə
reyd keçiriblər.

Trend xəbər
verir ki, reyd zamanı daşıyıcıların mülkiyyət, icarə və
istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin
reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin
təşkili, bu sahədə daşımalara icazə verən buraxılış vəsiqəsi və
kartlarının mövcudluğu yoxlanılıb.

Buraxılış kartı olmayan 2, sərnişin daşımalarında istifadə
olunan formulyarın doldurulmaması ilə bağlı 5 sürücü barədə
inzibati xəta haqqında protokol tərtib edilib. Maarifləndirici
reydlər davam etdirilir.




Ümumilikdə 40-a yaxın sürücü formulyarların düzgün doldurulması
və daşımaların qanunvericiliyə uyğun aparılması barədə
məlumatlandırılıb.

Təhlükəsizliyi və şəffaflığı qorumaq, eləcə də qanunvericiliyin
tələblərini yerinə yetirmək məqsədilə daşıyıcılara nəqliyyat
vasitələrinin reysqabağı texniki yoxlanılmasını, sürücülərinin isə
tibbi müayinəsini həyata keçirmək, sifarişli sərnişindaşıma zamanı
formulyar doldurmaq tövsiyə olunur.