
Bakı. Trend:
Ümumi təhsil müəssisələrinin rus bölməsi üzrə uşaqların
məktəbəhazırlıq qruplarına qəbulu üçün sərbəst qaydada məktəb və
müəllim seçiminə start verildi.
Bu barədə Trend-ə MÜTDA-dan məlumat verilib.
Bildirilib ki, 24 iyul 2025-ci il saat 11:00-dan etibarən Bakı
və Gəncə şəhərlərindəki ümumitəhsil müəssisələrində rus bölməsi
məktəbəhazırlıq qrupları üzrə prioritetlə seçim sərbəst qaydada
seçimlə əvəz olunub.
Seçim prosesi mektebeqebul.edu.az portalı vasitəsilə
aparılır.
Qeyd edilib ki, internetə çıxış imkanı olmayan vətəndaşlar
aidiyyəti üzrə alternativ qeydiyyat mərkəzlərinə , agentliyin və
təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, ASAN
xidmət mərkəzlərinə müraciət edə bilərlər.