
Bakı. Trend:.
Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə vakansiya seçimi mərhələsinə
start verilir.
Trend xəbər
verir ki, bu barədə İnsan Resusları Mərkəzi məlumat yayıb.
Bildirilib ki, müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə
vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə
minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə verilir.
Namizədlər 26 iyul saat 11:00-dan 27 iyul saat 11:00-dək şəxsi
səhifələrinə daxil olaraq seçim edə biləcəklər.
Test imtahanı mərhələsində keçid balı toplamış namizədlər səkkiz
vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə
yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim
ardıcıllığı gözlənilməklə aparılır.
Xatırladaq ki, vakant yer tutduqdan sonra imtina edən
namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin
olunmayacaq.