Qadınların startap layihələrində iştirakı bərabərlik baxımından çox vacibdir – Bahar Muradova

Cəmiyyət

Bakı.Trend:

Qadınların startap layihələrində iştirakı bərabərlik baxımından
çox vacibdir.

Trend xəbər
verir ki, bunu “İKT-də Qadınlar” layihəsi çərçivəsində “Rəqəmsal
Sahibkarlıq” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimində
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar
Muradova deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti fəaliyyətinin bütün
istiqamətlərində insan yönümlü siyasət yürüdür:

“Azərbaycan vətəndaşlarının bugünkü imkanlardan daha yaxşı
istifadə etməsi üçün çətinlikləri aradan qaldırmaq, eyni zamanda,
yeni texnologiyaların yaratdığı imkanlardan bərabər istifadəni
təmin etmək zəruridir.

Bugünkü layihə də məhz bu hədəflərə yönəlib. Azərbaycan
iqtisadi, siyasi, sosial həyatında bütün vətəndaşların rolu
vardır”.




B.Muradova qeyd edib ki, indiyə qədər İKT sahəsində bir sıra
layihələr icra edilib:

“Bu sahədə daha çox uşaqlar və gənclərin startap layihələrini
təqdim etməsi üçün imkan yaradılıb. Bizim artıq çox yaxşı
nəticələrimiz var. Amma qadınların bu prosesdə iştirakı bərabərlik
baxımından çox vacibdir. Cəmiyyətə, xalqa töhfə verməsi üçün belə
layihələrin icrası vacibdir. Süni intellektin insan əməyini əvəz
etdiyi dövrdə biz insanların texnologiyalara əlçatanlığının təmin
edilməsinə çalışmalıyıq. Qadınların bu sahəyə çox böyük marağı var.
Qadınlarən rolu kiçik və orta sahibkarlıqda artır”.

“Ümumiyyətlə qadınlar dünyada elm və texnologiya sahəsində 28
faiz, rəqəmsal texnologiyalar sahəsində isə 22 faiz yer tuturlar.
Azərbaycanda isə qadınlar İKT sahəsində 30 faiz yerə malikdir. Bu
rəqəmlər bizi sövq edir ki, belə layihələri icra edək”, -Komitə
sədri qeyd edib.

Komitə sədri deyib ki, layihəyə 44 subyekt layihə təqdim
edib:

“Layihələr cəmi 17 günə təqdim olunub. Bu 44 nəfəri qalib hesab
edirəm. Burada finala çıxan 11 layihəyə baxılıb, üç nəfər qalibdir.
Amma 11 nəfərin layihələrinə diqqət olunmalıdır. Bu məsələ
Azərbaycan dövlətinin diqqətindədir”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir