Bakıda uşaq bağçasında nöqsanlar aşkarlandı – Müdiri işdən çıxarıldı

Cəmiyyət

Bakı. Trend:

202 nömrəli körpələr evi-uşaq bağçasında Bakı Şəhəri üzrə Təhsil
İdarəsi tərəfindən monitorinq aparılıb.

İdarədən Trend-ə bildirilib ki, monitorinq zamanı müəssisədə
bir sıra ciddi nöqsanlar (qeydiyyatdan kənar uşaqların olması,
normadan artıq qida sifarişi, maliyyə-təsərrüfat qaydalarının və
əmək qanunvericiliyinin kobud şəkildə pozulması) aşkar edilib.

“Araşdırmanın nəticələrinə uyğun olaraq, 23 iyul 2025-ci il
tarixində 202 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Paşayeva
Simuzər Əlimirzə qızı ilə bağlanmış əmək müqaviləsi Əmək
Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilib.




Təhsil müəssisələrində aparılan monitorinqlər davamlı xarakter
daşıyır və aşkar olunmuş nöqsanlarla bağlı qanunvericiliyə uyğun
tədbirlərin görülməsi təmin edilir.

Qeyd edək ki, məktəbəqədər təhsil müəssisəslərində uşaqların
inkişafına xidmət edən öyrədici mühitin genişləndirilməsi,
təlim-tərbiyə və idarəetmə işinin keyfiyyətinin yüksəldilməsi üçün
sistemli islahatlar aparılmaqdadır”, – qurumdan qeyd edilib.

Spread the love