Magistratura səviyyəsində boş qalmış sahələrin adları açıqlanıb

Cəmiyyət

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin
magistraturalarına qəbul olmaq üçün keçirilən müsabiqənin
nəticələri ilə bağlı bəzi statistik göstəriciləri təqdim edib.

Mərkəzdən Trend-ə bildirilib ki, ən aşağı müsabiqə vəziyyətinin
formalaşdığı soyuducu, kompressor maşın və qurğuları, dəmiryol
nəqliyyatı, mədən mühəndisliyi, kitabxanaçılıq, hava nəqliyyatı,
silah sistemləri mühəndisliyi, xüsusi rabitə vasitələri
mühəndisliyi, biotexnologiya sahələrinə aid 4, 8, 29, 45, 58, 61,
64, 66 saylı proqramlara ayrılmış plan yerlərinin 70 faizi və ya
daha çoxu boş qalıb.




Ümumiyyətlə qəbul proqramlarının bəziləri üzrə qəbul planının bu
və ya digər səviyyədə kəsirdə qalacağı əvvəlcədən bəlli idi. Belə
ki, imtahan nəticələrinə uyğun olaraq həmin proqramlar üzrə
ixtisaslaşma seçiminə buraxılan bakalavrların sayı plan yerlərinin
sayından az idi.

Xatırladaq ki, ixtisaslaşma seçimində iştirak edən 15555
bakalavrdan 13446 nəfəri ali təhsil müəssisələrinin
magistraturalarına qəbul olub.