
Bakı. Trend:
Cari ilin birinci yarımilində ölkə ərazisində 17
049 cinayət qeydə alınmaqla onların 90,2
faizinin açılması təmin edilib.
Trend xəbər
verir ki, bu barədə Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə
videokonfrans rejimində Azərbaycan Respublikasının Prokurorluğu
orqanları tərəfindən 2025-ci ilin birinci yarımilində
cinayətkarlığa qarşı mübarizə və digər sahələrdə görülmüş işlərin
vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan
Geniş Kollegiya iclasında məlumat verilib.
Məlumata görə, ümumilikdə ölkə üzrə cəmi 7 477
cinayət işinin istintaqı tamamlanıb ki, onlardan
536-sı prokurorluq orqanlarında istintaq edilib.
Prokurorluq orqanları tərəfindən 340, ümumilikdə
isə digər istintaq qurumları ilə birgə 5 839
cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün
məhkəmələrə göndərilib.