
Bakı. Trend:
Cari ilin birinci yarımilində prokurorluq orqanlarının
beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin
müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr
genişlənib.
Trend xəbər
verir ki, bu barədə bu barədə Baş prokuror Kamran Əliyevin
rəhbərliyi ilə videokonfrans rejimində Azərbaycan Respublikasının
Prokurorluğu orqanları tərəfindən 2025-ci ilin birinci yarımilində
cinayətkarlığa qarşı mübarizə və digər sahələrdə görülmüş işlərin
vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan
Geniş Kollegiya iclasında məlumat verilib.
Məlumata görə, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq
idarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində 42
təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin
edilib.