Qız Qalasında “Vyetnam Günləri” – Şərqin incə zərifliyi İçərişəhərdə

Cəmiyyət

Bakı. Trend:

2025-ci il 25–30 iyul tarixlərində Azərbaycanda “Vyetnam
Günləri” keçiriləcək. Bu münasibətlə iyulun 27-də İçərişəhərin
simvolu olan Qız Qalası meydanında xüsusi mədəni-əyləncəli proqram
baş tutacaq.

Trend xəbər
verir ki, Azərbaycanın Vyetnamdakı Səfirliyinin təşəbbüsü və
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə
reallaşacaq bu tədbir iki qədim Şərq mədəniyyətini bir araya
gətirəcək.

Meydanda Vyetnam musiqisinin müşayiəti ilə rəssamlıq əsərləri
sərgilənəcək, zəriflik və ənənənin təcəssümü sayılan milli qadın
geyimi Ao Zai nümayiş olunacaq. Eyni zamanda, qonaqlar üçün əl
işlərinin satış-sərgisi də təşkil olunacaq.




“Vyetnam Günləri” Bakıda və Hanoyda baş tutan qarşılıqlı dostluq
tədbirlərinin davamı olaraq xalqlarımız arasında mədəni
əməkdaşlığın və qarşılıqlı hörmətin möhkəmləndirilməsinə xidmət
edir.

İctimai-siyasi xadimlər, mədəniyyət və elm nümayəndələri,
diplomatik korpus üzvləri, eləcə də könüllülərin iştirakı
gözlənilən tədbirə hər birinizi dəvət edirik.

Gəlin İçərişəhərin qədim divarları arasında Şərqin başqa bir
nəfəsini birlikdə duyaq.