700 bal toplayan paytaxt məktəblisi

Cəmiyyət

Bakı. Trend:

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil
məktəbinin məzunu IV ixtisas qrupu üzrə ali məktəblərə qəbul
imtahanında ən yüksək nəticə göstərib.

Trend xəbər verir
ki, 272 nömrəli tam orta məktəbin məzunu Nurməmmədli Sona Məhəmməd
qızı IV ixtisas qrupu üzrə bütün suallara düzgün cavab verərək 400
bal toplayıb.




Qeyd edək ki, imtahanın I mərhələsində 300 bal toplayan
istedadlı məzun hər iki mərhələnin cəminə görə maksimal olan 700
bal toplayıb.

Yüksək uğur qazanmış abituriyenti, onun müəllimlərini və
valideynlərini ürəkdən təbrik edirik!