Regionlarda məktəbəqədər təhsilə cəlb olunanların sayı bəlli oldu

Cəmiyyət

Bakı. Trend:

Regionlarda cari tədris ilində 68 mindən çox, alternativ təlim
modelləri vasitəsilə isə 18 mindən çox uşaq məktəbəqədər təhsilə
cəlb olunub.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Məktəbəqədər və Ümumi
Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, məktəbəqədər təhsilin əhatə dairəsinin
genişləndirilməsi qarşıya qoyulan əsas hədəflərdəndir:

“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi
inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb olunmuş
uşaqların 1-5 yaşlılara nisbətinin 50 faizə çatdırılması nəzərdə
tutulub. Hazırda ölkəmizdə bağça yaşlı uşaqların məktəbəqədər
təhsilə cəlb olunma göstəricisi 38% təşkil edir. Paytaxtla yanaşı,
regionlarda da məktəbəqədər təhsil xidmətlərinə marağın artırılması
və uşaqların təhsilə cəlb olunma səviyyəsinin yüksəldilməsi
istiqamətində tədbirlər uğurla həyata keçirilir”.




Agentlikdən qeyd edilib ki, son illərdə yeni uşaq bağçalarının
istifadəyə verilməsi, mövcud məktəbəqədər təhsil müəssisələrin
təmiri və yenidən qurulması işləri davam etdirilir.

“Bununla yanaşı, məktəbəqədər təhsil müəssisəsi olmayan
ərazilərdə alternativ modellərdən uğurla istifadə olunur ki, bu da
regionlarda məktəbəqədər təhsilə cəlb olunmuş uşaqların sayının
artmasına imkan yaradır.

Belə ki, regionlarda cari tədris ilində 68 mindən çox,
alternativ təlim modelləri vasitəsilə isə 18 mindən çox uşaq
məktəbəqədər təhsilə cəlb olunub. Şirvan və Biləsuvarda isə iki
özəl məktəbəqədər təhsil müəssisəsi özəl-dövlət tərəfdaşlığı
çərçivəsində qrant proqramına qoşulub və bu layihədən 170 uşaq uşaq
bəhrələnib”, – deyə əlavə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir