ADY ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə 32% daha çox sərnişin daşıyıb

Cəmiyyət

Bakı.Trend:

“Azərbaycan Dəmir Yolları” iyun ayında ötən ilin eyni dövrü ilə
müqayisədə, ölkədaxili marşrutlar və Abşeron dairəvi dəmir yolu ilə
32% daha çox sərnişin daşıyıb.

Trend xəbər
verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat
yayıb.




Qeyd edilib ki, bu ilin altı aylıq göstəriciləri isə keçən ilin
müvafiq dövrünün göstəricilərini 21% üstələyib.

Əlavə olunub ki, ötən ilin altı ayında 3 850 341 sərnişin
daşınmışdısa, bu ilin eyni dövründə bu göstərici 4 648 444
olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir