Sürücülər üçün Tədris Proqramı təsdiqlənib

Cəmiyyət

Bakı. Trend:

“Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə ölkədaxili
sərnişin və yük daşımalarını yerinə yetirən sürücülərin peşə
fəaliyyətinə və davranışına, iş və istirahət rejiminin
xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə sərnişin və yük
daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair hazırlıq üzrə
Xüsusi Proqram”da dəyişiklik edilib.

Trend xəbər
verir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Əli Əsədov
imzalayıb.




Qərara əsasən, proqrama “Ümumi istifadədə olan avtomobil
nəqliyyatı ilə ölkədaxili sərnişin daşımalarını yerinə yetirən
sürücülərin peşə fəaliyyətinə və davranışına, iş və istirahət
rejiminin xüsusiyyətlərinə, habelə avtomobil nəqliyyatı ilə
sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair
hazırlıq üzrə Tədris Proqramı” əlavə edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir