
Ağdam. Trend:
İyulun 25-də doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Xıdırlı
kəndinə çatıb.
Trend xəbər
verir ki, bu mərhələdə köçürülən 232 nəfərdən ibarət 60 ailəyə yeni
tikilmiş fərdi yaşayış evlərinin açarları təqdim edilib.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan
Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri
iştirak ediblər.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya
köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan
layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət
qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə
yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət,
turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50
mindən çox insan yaşayır.