Məhkəmə qərarlarının icrası məqsədilə nə qədər əmlak hərraca çıxarılıb?

Cəmiyyət

Bakı. Trend:

Məhkəmə və digər orqanların qərarlarının icrası ilə bağlı
hərraca çıxarılan əmlakların satışı məqsədilə ötən ilin dekabr
ayında istifadəyə verilən “Elektron Hərrac Portalı” vasitəsilə indiyədək 202
əmlakın hərrac vasitəsilə realizəsi (satışı və ya ipoteka saxlayana
təklif edilməsi) həyata keçirilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən
məlumat verilib.




Bildirilib ki, nəticədə məhkəmə və digər orqanların qərarlarının
icrası ilə bağlı uğurlu nəticələr əldə olunub.

“Hazırda portalda elan mərhələsində 45, davam edən isə 32 hərrac
var”, – deyə məlumatda qeyd edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir