Ordubadda YAP sıralarına yeni daxil olanlara partiyanın üzvlük vəsiqələri təqdim edilib (FOTO)

Cəmiyyət

Bakı. Trend:

Yeni Azərbaycan Partiyası (YAP) Ordubad rayon təşkilatının
inzibati binasında partiya sıralarına qoşulan yeni üzvlərə
vəsiqələr təqdim edilib.

Trend xəbər
verir ki, Milli Məclisin deputatı Vüqar Rəhimzadə və Yeni
Azərbaycan Partiyasının Ordubad rayon təşkilatının sədri Ehtibar
İsmayılov YAP sıralarına yeni daxil olanlara partiyanın üzvlük
vəsiqələrini təqdim ediblər.




Partiya üzvləri güclü, qüdrətli, hər günü tariximizə uğur
səhifəsi kimi yazılan Azərbaycanla qürur duyduqlarını, Yeni
Azərbaycan Partiyasının üzvü olmağın böyük məsuliyyət və şərəf
olduğunu qeyd ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir