Bu ərazidə qaz olmayacaq

Cəmiyyət

Bakı. Trend:

Qəbələ rayonu ərazisində qazın verilişində fasilə yaranacaq.

Trend xəbər verir ki, bu
barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.




Bildirilib ki, Zaqatala RQİİ-nin Qəbələ xidmət sahəsinin
ərazisində Qəbələ rayonu, Vəndam qəsəbəsində Samir Sabir oğlu
Məsimova məxsus torpaq sahəsinin qarşısından keçən d-76 mm-lik orta
təzyiqli qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə
28.07.2025-ci il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək Vəndam
qəsəbəsinin bir hissəsində 342 abonentin qaz təchizatının daxildən
dayandırılması planlaşdırılır.

İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa
olunacaq.