Ötən gün 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib – DİN

Cəmiyyət

Bakı. Trend:

İyulun 25-də ölkə ərazisində qeydə alınan 53, əvvəlki dövrlərdən
bağlı qalan 15 cinayətin açılması polis əməkdaşları tərəfindən
təmin olunub.

Trend xəbər verir ki, bu
barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, axtarışda olduğuna görə ümumilikdə 81, o cümlədən
borclu şəxs qismində axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyəti
üzrə təhvil verilib.




Eyni zamanda cinayət törətməkdə şübhəli bilinən 53 nəfər
saxlanılıb.

Həmçinin narkotiklərlə əlaqəli 32, qanunsuz saxlanılan
silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən
edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir