
Bakı.Trend:
Ötən gün vətəndaşlardan 3 avtomat silahı, 1 tapança, 4 tüfəng
götürülüb.
Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilir ki, iyulun 25-də polis əməkdaşları paytaxt və
respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança,
20 qumbara, 20 alışdırıcı, 1 qumbaraatan, 4 tüfəng, 7 patron darağı
və 1606 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən
qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi
istiqamətində əməliyyat və profilaktik tədbirlər davam
etdirilir.