Şəhid ailəsi üzvləri üçün MİQ üzrə vakansiya seçimi mərhələsinə start verildi

Cəmiyyət

Bakı. Trend:

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən
şəhid ailəsi üzvlərinin vakansiya seçimi mərhələsinə
başlanıldı.

Bu barədə Trend-ə İnsan Resursları Mərkəzindən məlumat
verilib.

Bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq seçim
edə bilərlər.




Vakansiya seçimi 27 iyul saat 11:00-dək davam edəcək.

Namizədlər vakansiya seçimi zamanı diqqətli olmalı, seçimi
yekunlaşdırdıqdan sonra təsdiqləməlidirlər.

Vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti
vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir